![1608698975](https://amarant.world/wp-content/uploads/2023/02/1608698975-1024x576.jpg)
Azərbaycanda kənd təsərrüfatı — Azərbaycan iqtisadiyyatının bir hissəsini təşkil edən təsərrüfat sahələrindən biri. 2006-cı ildə kənd təsərrüfatında bütün məşğul əhalinin 39,1%-i cəmləşmişdir. Azərbaycanda istehsal edilən ÜDM 5,7 % (2012). kənd təsərrüfatının payına düşür. 2014-cü ildə respublikada ÜDM-də kənd təsərrüfatının payı 5.3% olduğu halda, 2015-ci ildə bu rəqəmin 6.2% təşkil etmişdir. 2015-ci ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5635,3 milyon manat olmuşdur. 2015-ci ildə 2999,0 min tona yaxın taxıl istehsal olunmuş, bu da 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 25,8 faiz çoxdur. Həmçinin 2015-ci ildə sahələrdən 839,8 min ton və ya əvvəlki ilə nisbətən 2,5 faiz çox kartof, 1273,3 min ton və ya 7,2 faiz çox tərəvəz, 484,5 min ton və ya 9,9 faiz çox bostan məhsulları, 886,3 min ton və ya 4,2 faiz çox meyvə və giləmeyvə, 578,9 ton və ya 22,1 faiz çox yaşıl çay yarpağı, 157,0 min ton və ya 6,3 faiz çox üzüm yığılmışdır.
2015-ci il ərzində ölkədə diri çəkidə 515,6 min ton ət, 1924,4 min ton süd, 17,0 min ton yun və 1538,6 milyon ədəd yumurta istehsal edilmişdir. 2014-cü illə müqayisədə 2015-ci ildə ət istehsalı 2,0 faiz, süd istehsalı 3,7 faiz, yun istehsalı isə 1,4 faiz artmışdır.
Azərbaycan Xalq Cümhuriyəti dönəmi
Azərbaycan xalq cümhuriyyəti Neft sənayesi nəzərə alınmasa, 1918-1920-ci illərdə ölkə iqtisadiyyatı daha çox aqrar xüsusiyyət daşımışdır. Azərbaycanda həmin dövrdə iribuynuzlu mal-qaranın sayı 1 milyon baş, atların sayı 150 min baş, camışların sayı 300 min baş, dəvələrin sayı 12 min baş, qoyunların və keçilərin sayı 1,5 milyon baş təşkil etmişdir.
SSRİ dönəmi
1986-cı ildə respublikada 808 sovxoz və 608 kolxoz vardı. Kənd təsərrüfatına cəlb olunmuş 4.1 mln ha torpaq sahəsi vardı:
- əkin sahəsi — 1,4 mln ha.
- otlaq — 2,1 mln ha.
Əkilən torpaq sahələri— 1,33 mln 1986.
Əkinçilik kənd təsərrüfatı istehsalının 70 % ödəyirdi. Əsas texniki bitki əkini pambıqılıq idi. 1986-cı ildə 784 min ton pambıq istehsal edilmişdi. Pambıqçılıq əsasən Kür-araz ovalığında cəmləşmişdi. Böyük və Kiçik Qafqazın ərazisində tütün, Lənkəran ovalığında çay yetişdirilirdi. Əkinçiliyin 31 % taxılçılıq sahəsini təşkil edirdi. Respublikada 1986-cı ildə 855 min ton tərəvəz, 1539 min ton üzüm istehsal olunmuşdu. Subtropik meyvə istehsalı önəmli yer tuturdu: Nar,əncir,heyva və s. Ətlik və südlük istiqamətli heyvandarlıq inkişaf etmişdi. Respunlikada 2 mln baş iribuynuzlu, 5.7 mln baş isə qoyun və keçi vardı. İpəkçilik inkişaf edirdi.
Müstəqillik dönəmi
Müstəqillik illərində kənd təsərrüfatının inkişafına nəzər saldıqda 1992-1995-ci illərdə kənd təsərrüfatında ümumi məhsul istehsalı hər il orta hesabla 12 faiz aşağı düşdüyü halda, 1996-cı ildən başlayaraq (1997-ci və 2014-cü illər istisna olmaqla) davamlı olaraq artmışdır və 2015-ci ildə artım 6,6% təşkil etmişdir. 2015-ci ildə heyvandarlıq məhsulları üzrə artım 2,5 faiz, bitkiçilik məhsulları üzrə isə 11,3 faiz olmuşdur. Hazırda respublikada heyvandarlığın intensiv inkişafında əsas problemlərdən biri isə yem bazasının zəif olmasıdır.
2016-cı ilin 6 ayının rəqəmləri də göstərir ki, respublikada ÜDM-in azalması fonunda, kənd təsərrüfatında 3,1 faiz artım qeydə alınmışdır. Bu müddətdə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 2500.9 milyon manat olmuş və istehsal edilən kənd təsərrüfatının məhsulunun 57,4 faizi heyvandarlıq sahəsinin, 42,6 faizi isə bitkiçilik sahəsinin payına düşmüşdür.
Kənd təsərrüfatı məhsullarının ixracına gəlincə isə meyvə-tərəvəz məhsulları ixracı 2015-ci ildə 312 milyon ABŞ dolları olmuşdur. 2016-cı ilin yanvar-iyun aylarında 190,2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac olunmuşdur. Kənd təsərrüfatı məhsulları ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 33,5 faiz artmışdır. 2014-cü ilin 6 ayı ərzində meyvə tərəvəzin ixracda payı 1.1 faiz, 2015-ci ilin 6 ayı ərzində 2.0 faiz idisə, 2016-cı ilin analoji dövründə bu göstərici 4.4 faizə qalxmışdır.